Correct Technology

Neyromarketinq insan beyninə təsir edən və birbaşa fikirlərə daxil olmaqla məqsədə çatmağın yollarını axtaran marketinq fəaliyyəti olaraq təyin edilə bilər. Neyromarketinq, istehlakçının şüursuz istehlak davranışlarını ölçən və əldə edilən məlumatlarla marketinq strategiyası yaradan bir sahədir.Alınan və ya alınması planlaşdırılan məhsula duyğular əsasında qərar verilər və burada da rasionallıq aşağı olar. Belə bir vəziyyətdə reklamın ənənəvi üsullarla qavranılmasını ölçmək praktiki olaraq mümkün deyil. Hətta insanlar tez-tez yaradılmış bu qavrayışdan xəbərdar olmurlar.


Fəaliyyət prinsipləri :

Neyromarketinq şifahi məlumatları daxil etmir. MR, EEG, FMRI, PDR, Eye Tracking kimi metodlarda insanların hisslərini ölçür. Fərdlərin beyin görüntüləməsi stimullara cavab olaraq aparılır və təhlil edilir.Beyindəki elektrik aktivliyindəki dəyişikliklər ölçülür və neuromarketing ölçüləri əldə edilir. Neyromarketinqlə əsas sual beyinə soruşulur və cavab alınır. Cavabın səbəbləri ənənəvi marketinq metodları ilə öyrənilir. Neyromarketinq və ənənəvi marketinq birlikdə işlədikdə nəticə daha effektiv olur.

Neyromarketinq əsasən reklamda istifadə olunur, lakin xarici reklam, qablaşdırma dizaynı, ərzaq mağazalarında rəflərin yerləşdirilməsi kimi sahələrdə də tətbiq oluna bilər. Texnologiyanın sürətli inkişafı ilə gündə yüzlərlə reklamla qarşılaşırıq. Beləliklə, bazarda rəqabət də gündən-günə artır.Buna görə də fərqli olmaq ehtiyacı yüksək səviyyədə özünü göstərir.Neyromarketinqə ehtiyac duyulan nöqtə də bura hesab edilir. Tədqiqatlara görə, parlaq paketlər daha çox diqqəti cəlb edir,peşəkarların diqqətini çəkən rəng isə mavidir.

Digər bir tədqiqat isə göstərmişdir ki,reklam plakatlarında olan şəxsin məhsul və ya yazıya baxmağı sizin də eynisini etmənizə səbəb olur. Restoran menyusundakı bahalı məhsulların qrafika və fotoşəkilləri ilə bəzədilməsi və siyahının üst hissəsində yerləşdirilməsi də neyromarketinq məlumatlarına əsaslanan bir taktikadır. 


NeuroMarketing-in insan beynində əksi :

İnsanların satın almasına qərar verən orqan yaşlı beyndir. Həyatı boyu verdiyi bütün qərarlar köhnə beyin tərəfindən qəbul edilir.İnsan beyni keçmişdən bu günə qədər heç vaxt özünü yeniləməyib.


neuro marketing

İnsan beyni üç vacib hissəyə bölünür;

Köhnə beyin :

  1. Qərar verəndir.
  2. Eqoistdir.
  3. Yaşamaq üçün proqramlaşdırılmışdır.
  4. Mətn yox, şəkilləri daha yaxşı aşkar edir.
  5. Qərarlar məntiqlə deyil, emosiyalarla qəbul edilir.
  6. Beyində satın alınma qərarı rasional əsaslarla deyil, duyğulara görə verilir.
  7. Yaşlı beyinə təsir göstərmək üçün duyğulara müraciət edilməlidir.


NeuroMarketing-də səs və rənglərin rolu :

Musiqi və səs tonları alış-veriş edərkən bizi alış-veriş etməyə təşviq edir: sakitləşdirər,dinclik bəxş edir və bizi rahatlaşdırır.


Brendlər timsalında istifadəsi:

Chrysler də neyromarketinq istifadə edən şirkətlər sırasındadır.Avtomobillərin kişilərin beynində yaratdığı təsiri araşdıran şirkət,idman avtomobillərinin kişilərin “mükafatlandırma” zonasında əhəmiyyətli hərəkətliliyə səbəb olduğunu təyin etmişdir. Bu məlumatlar reklam agentlikləri tərəfindən istifadə edilə bilən məlumatlar halına gəlmişdir.Abercrombie & Fitch firması isə mağazadakı rəflərin yerindən mağazada çalınacaq musiqiyə qədər hər şeyə neyromarketinq vasitəsilə qərar verir.

Klassik, lakin bu sahədə ən yaxşı hesab edilən Coca-ColaPepsi təcrübəsidir. Bu nümunə neyromarketinqin əhəmiyyətini vurğulamaq üçün ən yaxşısıdır. Bu üsulla bütün iştirakçılardan təcrübədən əvvəl hansı marka içki seçim etdikləri soruşulur. Sonra Coca-Cola və Pepsi içkiləri markalanmadan verilir və növbəti addımda bütün iştirakçıların bu iki içki markalarını göstərdikdən sonra içmələri gözlənilir. Bu müddət ərzində FMRI metodu istifadə olunur və iştirakçıların beynindəki bütün hərəkətlər qeyd olunur. Nəticələr illərlə aparılan tədqiqatların nəticələrini sübut etmək üçün kifayətdir. FMRI nəticələrinə görə, iştirakçılar markasız verilən Cola-ları içdikdə Pepsi ləzzətini daha çox sevirlər, lakin fərdi üstünlükləri barədə soruşulduqda Coca Cola içməyi üstün tutduqlarını qeyd edirlər.Bunun səbəbi isə hər kəs üçün olduqca maraqlıdır.


Ən Sonuncu Bloqlar

Mobil SEO nedir ve onun ustunlukleri nelerdir?

Mobil SEO nədir və onun üstünlükləri nələrdir?

Mobile SEO Tətbiqin qısa və geniş təsviri mətni nədir ? Mobile SEO saytların optimizasyası

Google Analytics 4 tezlikle Universal Analytics-i evez edecek!

Google Analytics 4 tezliklə Universal Analytics-i əvəz edəcək!

Google Analytics 4-də hansı yeniliklər var? Saytlar üçün google analyticsin nə yenilikləri var

SEO ucun Adaptiv yoxsa Responsiv dizayn?

SEO üçün Adaptiv yoxsa Responsiv dizayn?

Adaptiv dizayn nədir ? Responsiv dizayn nədir ? Google niyə responsiv dizaynı dəstəkləyir. Bəs ümumi götürdükdə hansı dizayn sizin üçün daha yaxşıdır ?

Reqemsal yoxsa Enenevi Marketinq?

Rəqəmsal yoxsa Ənənəvi Marketinq?

Rəqəmsal marketinq nədir ? Ənənəvi marketinqin üstünlükləri ,Ənənəvi Marketinqin Dezavantajları, Rəqəmsal marketinqin üstünlükləri

Conversational Marketinq nedir? Ustunlukleri nelerdir

Conversational Marketinq nədir? Üstünlükləri nələrdir

Conversational Marketinq hansı üstünlükləri təqdim edir?Conversational Marketinqdə chat botlarin rolu nədir?

İstifadeci terefinden yaradilan mezmun (UGC) nedir?

İstifadəçi tərəfindən yaradılan məzmun (UGC) nədir?

UGC nədir? UGC-in faydaları nələrdir? UGC nümunələri və UGC marketinq strategiyası nədir.

Portal nedir ?

Portal nədir ?

Portal Nədir? Portalın normal saytlardan fərqi? Korporativ portal nədir ?