UX dizaynının nə olduğunu və UI dizaynı arasındakı əlaqəni buradakı məqaləmizdə izah etmişdik. Hər bir dizaynda olduğu kimi veb sayt hazırlayarkən UX məqamlarına çox diqqət etməliyik. İstifadəçilərə çox rahat və sadə interfeys təqdim etməliyik. Bu yazımızda UX dizaynla əlaqəli bəzi məsləhətlərimizi paylaşmaq istərdik.
Sayt istifadəçiləriniz kimlər olacaq.
Məsləhətlərimizdən biri veb saytın ziyarətçi profili haqqında məlumat almaq və dizayn hazırlayarkən bu məlumatı nəzərə almaqdır.
İstifadəçi profilinizi aşağıdakı məlumatlara görə seçə bilərsiniz.
- Sayt istifadəçilərinin yaşı.
- Cinsi.
- Fəaliyyət sahələri.
- Maraq dairəsi.
- Yaşayış yeri.
- Dil bilikləri və s.
Veb saytın əsas məqsədini təyin edin.
Əlbətdə bir veb sayt yaratmağın bir çox məqsədi var. Ancaq bir əsas hədəf təyin etsəniz və ziyarətçiləri bu hədəfə yönəldən bir dizayn hazırlasanız məqsədinizə çatmağınıza kömək olacaqdır.
Hazırlayacağınız veb saytın əsas məqsədi müştərini satış kanalına qoymaq və məhsulu satmaq, eyni zamanda müştərini pərakəndə mağazalara yönəltmək, təklif formasını doldurmaq, məhsulu tanıtmaq ola bilər. məhsulun keyfiyyəti, məhsulla əlaqəli vacib xüsusiyyətləri göstərmək, e-mail abunəliyini təmin etmək, məhsul haqqında rəy toplamaq. Bu hədəflərdə ola bilər. Bunların çoxunu eyni zamanda hədəf alan bir dizayn yanaşması digərinə nisbətən daha az səmərəli nəticələr verəcəkdir.
Minimal dizayn hazırlayın.
Veb saytınızı tərtib edərkən istifadəçiyə eyni ekranda çox məlumat verməkdən çəkinin. Lazımsız animasyalardan istifadə etməyin, məlumatı tipoqrafiya və rənglərlə istifadəçiyə ən sadə şəkildə təqdim edin. Bir məhsulun və ya xidmətin ön səhifəsində qısa məlumat təqdim edə və detalları və uzun texniki xüsusiyyətləri bölmələr şəklində yerləşdirə bilərsiniz. Əsas diqqəti məhsul və xidmət haqqında qısa anlaşıqlı məlumat verməyə yönləndirin. Hər səhifədə mütləq şəkildə əsas məqsədinizi təyin edən düymələrdən istifadə edin. Məsələn: "Elə indi sifariş et".
Formları optimizasya edin.
Təsəvvür edinki bir online alışveriş saytınız var. Saytdan alışveriş etmək istəyən istifadəçi müraciət formunu doldurmaqdan çəkinir. Buna səbəb formda istifadəçidən çox məlumat istəməyiniz ola bilər. Müraciət formlarınızı qısa tutaraq, istifadəçidən yalnız sizin üçün əsas lazım olan məlumatları tələb edin. Əksinə istifadəçi kütləsinin böyük hissəsi formu doldurmaqdan imtina edəcəkdir.
Düz mətn yerinə minimal qrafika və tipoqrafiyalar.
Bir səhifədə vermək istədiyiniz məlumatları düz mətnlə vermək çox istifadəçi üçün darıxdırıcı ola bilər və məqaləni oxumaya bilər. Bununla birlikdə, bu məqalələri mümkün qədər ümumiləşdirsəniz və düz qrafika və tipoqrafiya ilə vizuallaşdırsanız, istifadəçiyə daha yaxşı bir təcrübə qazandıra və oxunma miqdarını əhəmiyyətli dərəcədə artıra bilərsiniz.
Dizaynlarda uyğunluq yaradın.
Veb saytınızda təyin etdiyiniz tipoqrafiya, üslub, ölçü və hərəkətə çağırış düymələri mövqeləri hər səhifədə bütöv olmalıdır və bir-birinə uyğun şəkildə olmalıdır. İstifadəçi sayta daxil olduğu andan etibarən veb saytın istifadəsi ilə bağlı məlumatlı olur və bu məlumatlarla saytdan istifadə etməyə davam edir. Ziyarətçilər digər səhifələrdən çox fərqli bir alt səhifə təqdim etsəniz istifadə etməkdə çətinlik çəkə bilər.
Və bir neçə statistika.
- Saytlarda ziyarətçilərinin 47% -i digər səhifələri ziyarət etmədən əvvəl şirkətin xidmət və məhsullar səhifəsini ziyarət edir.
- Ziyarətçilərin 86% -i saytın ana səhifəsində şirkətin məhsul və xidmətlərini görmək istəyir.
- Ziyarətçilərin 64% -i ana səhifədə şirkətin əlaqə məlumatlarını görmək istəyir.
- Ziyarətçilərin 36% -i ana səhifəyə geri dönmək üçün şirkət loqosuna klik etməkdədir.