Correct Technology

"Spam"- hər bir e-poçt istifadəçisinin tez-tez qarşılaşdığı qarışıq vəziyyətlər yaradan istənilməyən elektron məktublar deməkdir. Spam sözünün ən sadə tərifi, istəyiniz olmadan sizə göndərilən reklam poçtudur.İnternet üzərindən eyni mesajın çox sayda nüsxəsini,bu tip mesajlarıı almaq istəməyən insanlara bezdirici şəkildə fədələrlə göndərilməsi Spam hesab edilir.Spam, əsasən ticarət məqsədli olur və göndərilən reklam mesajları da etibarlı olmayan məhsulların,normadan tez bir zamanda zənginləşən kampaniyaların, yarı hüquqi xidmətlərin elan edilməsi məqsədi ilə göndərilir. İnternet istifadəçilərinə təsirini araşdırdıqda iki növ Spam  vardır. E-poçt vasitəsilə göndərilən spam, birbaşa mesajlar göndərərək fərdi istifadəçiləri hədəf alır. E-poçt spam siyahıları, ümumiyyətlə, Google səhifələrini gözdən keçirmək, müzakirə qruplarının üzv siyahılarını oğurlamaq və ya internet üzərindən ünvan axtarışları ilə yaradılır.spam nedir

Spam-ın ikinci növü, məzmunun mütləq sürətdə kommersiya xarakteri daşıması tələb olunmayan UBE (Unsolicited Bulk e-mail-İstenmeyen Kütləvi E-poçt) və eyni zamanda yüz minlərlə elektron ünvana göndərilən elektron mesajlarıdır. Bu mesajlar kommersiya məzmunlu ola bilməsi ilə yanaşı, bir siyasi rəyi yaymaq və ya bir mövzuda rəy əldə etmək,onu ictimai təbəqəyə qaldırmaq üçün göndərilən elektron mesajlar da ola bilər. Spam ilə bağlı vacib bir məqam odur ki, mesajın spam olaraq təyin edilməsi üçün istifadə olunan meyarların mesajın məzmunu ilə əlaqəli olmamasıdır. Hər kəsin həmfikir olduğu vacib bir sosial həssaslıq olan bir mövzuya fikir bildirmək üçün göndərilən kütləvi mesajda, bunu SPAM olaraq təsvir etmək olar.


Elektron poçt ünvanlarımızı necə əldə edirlər?

Sizə spam məktub göndərmək üçün ilk öncə elektron poçt ünvanınız spam göndərən şirkətlər tərəfindən əldə edilməlidir. Məktubunuzu əldə etməyin bir çox yolu var, ya sizi bunu bilmədən internetdə abunə olduğunuz saytlar,forumlar vasitəsilə qeyd edirsiniz ya da onu sizin özünüzdən zəng və ya reklam vasitəsilə soruşurlar. İnternet saytlarında, saytların ziyarətçi siyahılarında,saytlarda qeydiyyatdan keçərkən qeyd etdiyiniz elektron poçt ünvanları spam göndərən şirkətlərin əlindədir və nəticədə əldə etdikləri e-poçt ünvanlarına davamlı reklamlar göndərirlər. Bu elektron reklam məktublarını açdığınızda və ya poçtlardakı linklərə kliklədikdə aktiv internet istifadəçisi olduğunuzu göstərdiyiniz üçün daha çox reklam məktubu sizə göndərilir.

Üzvlük mərhələsində internetdə hansı sayt olmasında asılı olmayaraq, hər zaman e-poçt ünvanınızı verməlisiniz və üzvlük zamanı bu saytdakı insanlar,saytlar tərəfindən e-poçt ünvanınıza heç nə göndərilməyəcək, heç kimə verilməyəcək,göstərilməyəcək və s. kimi məlumat verilməyibsə,ünvan artıq spam bazasına daxil olmuş sayılır. Beləliklə, yaxın zamanda heç düşünməyəcəyiniz reklam növləri mesaj qutusuna daxil olacaqdır.

Spam yayılmasının başqa bir növü viruslardır. Kompüterinizə yoluxmuş bir virus mənasız elektron poçtları ünvan siyahınızdakı e-poçt ünvanlarına göndərir,həmçinin həmin ünvanları spam siyahılarında da qeyd edir.


Spam məzmunu necə müəyyənləşdirilir?

Virtual dünyada bir elektron poçt ünvanı spam hesab edilirsə,bunun bir neçə səbəbi ola bilər. Mesajın necə yazıldığı, yəni məzmunun quruluşu bu filtri aktivləşdirir. Digər tərəfdən təkrarlanan bir dilin istifadəsi, eyni cümlənin məzmun daxilində dəfələrlə təkrarlanması spam sayıla biləcək xüsusiyyətlər arasında yer alır. Mesajın məzmunundan əlavə onun mənbəyinə dair şübhəli halın olması da bu xüsusiyyətlərdəndir.Əgər mənbə etibarlı hesab edilmirsə, mesajın spam hesab olunmasına ola bilər.Bir çox sistem, onları aradan qaldırmaq və istifadəçiləri qorumaq üçün blok proqram təminatından istifadə edir. Beləliklə, istifadəçi hüquqlarının pozulmasının qarşısı alınır. Bəzi e-poçt ünvanlarında bir müddət görmədiyiniz spam məktubları silinmə əmri ilə avtomatik olaraq yox olur.


Spam məktublar ilə nə etmək lazımdır?

Eyni mesajın bir çox nüsxəsi qutunuzu doldurursa nə etməlisiniz? Mütəxəssislər bu cür ucuz reklamlardan və ya bəzən qismən qanuni elanlardan ibarət olan elektron məktublara ilk növbətə cavab verməməyi məsləhət görür.Elektron poçt sisteminizin işarələmə funksiyasından istifadə edərək,bu məktubların spam olduğunu qeyd edə bilərsiniz.Əgər şikayət etməyinizin mütləq olduğunu düşündüyünüz bir məktubla qarşılaşsanız “report phishing” funksiyasından istifadə edə bilərsiniz.


Spam necə işləyir və necə dayandırılır?

Spam bütün tərəflərin vaxt itirməsinə səbəb olur. Buna görə də mütəxəssislər eyni şəkildə bu məktublara cavab verilməsinə tamamilə etiraz edirlər.Bunu hətta spamlara qarşı edilməməsi lazım olan şeylərin əvvəlində söyləmək olar. Çünki ən əsas amil olan vaxtın itirilməsi hesab olunur.Bu sistem administratorları və internet istifadəçilərinin ikitərəfli vaxtlarını itirdikləri bir zibil qutusu üsuludur, buna görə axını dayandırmaq və bu barədə məlumat vermək vacibdir.

Mümkün olduğu halda, spam mesajı aldığınız təqdirdə, sistem rəhbərinə istəmədən aldığınız mesaj barədə məlumat verməniz məsləhət görülür. Arzuolunmaz mesajın hansı mənbədən (xidmət provayderindən) gəldiyini anlamaq çox vacibdir. Bunu tapmaq üçün e-poçtu ətraflı şəkildə nəzərdən keçirə və bütün məlumatları əldə edə biləcəyiniz “Tam başlıq”  hissəsinə nəzər salmalısınız. Açılan pəncərədə, “göndərən” (from) ilə başlayan sətirdə mənbə haqqında məlumatlar yer alır.Sistem idarəçisi ilə əlaqə qurarkən bu məlumatları təqdim etmək faydalıdır.Unutmaq olmaz ki,başqasının baş verənlərlə heç bir əlaqəsi olmaya bilər. Buna görə də bu vəziyyətdə ətraflı mesajı qarşınızdakı şəxsə çatdırmalısınız. Başqa bir seçim öz idarəçinizdən bunları etmələrini istəmək olar.Конец формы


Ən Sonuncu Bloqlar

Mobil SEO nedir ve onun ustunlukleri nelerdir?

Mobil SEO nədir və onun üstünlükləri nələrdir?

Mobile SEO Tətbiqin qısa və geniş təsviri mətni nədir ? Mobile SEO saytların optimizasyası

Google Analytics 4 tezlikle Universal Analytics-i evez edecek!

Google Analytics 4 tezliklə Universal Analytics-i əvəz edəcək!

Google Analytics 4-də hansı yeniliklər var? Saytlar üçün google analyticsin nə yenilikləri var

SEO ucun Adaptiv yoxsa Responsiv dizayn?

SEO üçün Adaptiv yoxsa Responsiv dizayn?

Adaptiv dizayn nədir ? Responsiv dizayn nədir ? Google niyə responsiv dizaynı dəstəkləyir. Bəs ümumi götürdükdə hansı dizayn sizin üçün daha yaxşıdır ?

Reqemsal yoxsa Enenevi Marketinq?

Rəqəmsal yoxsa Ənənəvi Marketinq?

Rəqəmsal marketinq nədir ? Ənənəvi marketinqin üstünlükləri ,Ənənəvi Marketinqin Dezavantajları, Rəqəmsal marketinqin üstünlükləri

Conversational Marketinq nedir? Ustunlukleri nelerdir

Conversational Marketinq nədir? Üstünlükləri nələrdir

Conversational Marketinq hansı üstünlükləri təqdim edir?Conversational Marketinqdə chat botlarin rolu nədir?

İstifadeci terefinden yaradilan mezmun (UGC) nedir?

İstifadəçi tərəfindən yaradılan məzmun (UGC) nədir?

UGC nədir? UGC-in faydaları nələrdir? UGC nümunələri və UGC marketinq strategiyası nədir.

Portal nedir ?

Portal nədir ?

Portal Nədir? Portalın normal saytlardan fərqi? Korporativ portal nədir ?