Bu dəfəki məqaləmizdə sizlərə sayta diqqət çəkməyin yolları barəsində danışacağıq. Öncəliklə sayta diqqət çəkmək bizə nə üçün lazımdır? Sayta diqqət çəkməklə nə əldə etmiş olacağıq ? bu kimi suallara cavab tapaq. Sayta diqqət çəkmək sayta müəyyən izləyici kütləsinin daxil olması deməkdir. Sayta nə qədər çox izləyici kütləsi daxil olarsa, saytın trafiki bir o qədər artacaqdır. Saytınızın izləyici sayının artması sizin saytınızın insanlar tərəfindən bilinirliyini (tanınmasını) artıracaqdır.
1. Maraqlı məqalələr hazırlamaq.
Saytda yerləşdirdiyiniz məqalə nə qədər maraqlı məzmuna sahib olarsa, bir o qədər izləyicilərin diqqətini çəkəcək. Ancaq unutmamaq lazımdır ki, saytınıza yerləşdirdiyiniz məqalələr fəaliyyət sahənizə uyğun məzmunlu məqalələr olmalıdır. Əgər siz hər hansı bir xidmət sahəsi ilə məşğul olursanız hazırladığınız məqalələr göstərdiyiniz xidmət haqqında ola bilər və ya hər hansı məhsulların satışını edirsəniz məqalələrinizlə insanlara məhsul haqqında ətraflı məlumatlar verə bilərsiniz. Məqalənizi paylaşmazdan əvvəl bəzi normalara əməl etməyiniz vacibdir. Bu normalara daxildir məqalənin yazılarının ölçüsü, başlıqların diqqət çəkici olması, məzmunu daha qısa və aydın şəkildə izah etməniz.
2. Video və şəkillərdən istifadə.
Bir digər yolu hazırladığınız məqalədə diqqətçəkici video və şəkillərdən istifadə olunmasıdır. Hazırladığınız məqalə nə qədər rəngarəng və diqqət çəkici olarsa, izləyiciləri bir o qədər daha çox cəlb edər. Burada diqqət edilməsi gərəkən əsas məqam məqaləyə yerləşdirilən şəkil və videoların keyfiyyətinin yüksək, məzmunununsa cəlbedici olmasıdır.
3. Məqalələrinizi sosyal şəbəkələrdə paylaşın.
Hazırladığınız məqalələrin insanlar tərəfindən görülə bilməsi üçün sosyal şəbəkələrdən istifadə edə bilərsiniz. Məqalənizi sosyal şəbəkədə paylaşmaq üçün maraqlı bir poster hazırlayaraq paylaşa bilər və sosyal şəbəkə üzərindən saytınıza izləyicilərinizi cəlb edə bilərsiniz. Məqalənizi sosyal şəbəkədə paylaşan zaman məqalənizin məzmunu haqqında qısa bir açıqlama yazaraq izləyicilərinizə sayta baxmazdan əvvəl məqaləniz haqqında ilkin təsürat yarada bilərsiniz.