İnternet, sosial media, mobil dünya rəqəmsal marketinqinin əsas hissəsini təşgil edir. Klassik marketinq metodlarının kənara çıxan bu metod 21-ci əsr dünyasında internetin yayılması ilə inkişaf etmişdir. Hazırda bu üsul Azərbaycan daxil olmaqla bir çox ölkədə öndə gələn bir marketinq stilidir. Məsələn, Amerika Birləşmiş Ştatlarında insanların demək olar ki, əksəriyyəti rəqəmsal dünyaya üstünlük versə də, Azərbaycanda bu nisbət Amerikaya nisbətən daha aşağıdır. Rəqəmsal marketinqə əhəmiyyət verməyən firmalar və ya şirkətlər müşdəri qazanmaqda sıxıntı yaşaya bilərlər. Buna görə varlığını davam etdirən hər bir firmanın bir rəqəmsal marketinq şəbəkəsi mütləq olmalıdır və bu marketinq şəbəkəsi hər təbəqədən müştəriyə xitab etməlidir.
Rəqəmsal Marketinqin Əsas Məntiqi
Rəqəmsal marketinqin əsas məntiqi internet, sosial media və mobil tətbiqlərdən istifadə edərək ortaya bir məhsul qoyub tanıtması olaraq açıqlana bilər. Beləliklə markasını fərqli bir sahədə də göstərmiş olan firma satışlarında da müsbət istiqamətdə artım görə bilər. Standart reklam vasitələri ilə siz bir hədəf kütləyə çata bilərsiniz, ancaq rəqəmsal reklamlar vasitəsi ilə siz bir çox kütləyə markanızın tanıtımını edə bilərsiniz.
Rəqəmsal Marketinq Faydalı Üsullar
Twitter, Facebook, Instagram rəqəmsal marketinq üçün əlverişli şəraitlərdən ən uyğun olanlarıdır. Bu vasitələrin hər birinin marketinq təsiri və üsulu fərqli olsa da, hamısının rəqəmsal marketinqə öz faydası vardır . Buna görə sosial media dövrümüzdə marketinqin ən əsas vasitələrindən biri olaraq qarşıya çıxır. Markanızın reklamı üçün sosyal şəbəkələrdə bir çox üsullar vardır. Video,şəkil,animasya bir çox sosyal şəbəkələr tərəfindən dəsdəkləndiyi üçün rəqəmsal marketinqdə markanın tanıtılmasında önəmli rol oynayır.