Correct Technology

Android Tetbiqler

İstifadəsi gündən günə artan və həyatımızı asanlaşdıran mobil tətbiq etmələri inkişaf etdirmək üçün ilk olaraq hədəf auditoriyanız müəyyən edin.Günümüzün olmazsa olmazlarından biri olan Mobil Tətbiqlər, həyatımızın hər sahəsində, həyatımızı asanlaşdırır. Mobil Tətbiqi istifadəsi gündən gündə sürətli bir şəkildə artır. 


Mobil Tətbiqlərin hazırlanması mərhələləri

1. Hədəf Auditoriyanız Müəyyən Edin

 Mobil tətbiqi inkişaf etdirərkən verilməsi lazım olan sualların başında mobil tətbiqin kimlərə xitab edəcəyi və başlıca olaraq kimlər tərəfindən istifadə olunacağıdır. Mobil tətbiqi inkişaf etdirərkən hədəf kütlənin diqqətini çəkəcək detalları müəyyənləşdirmək lazımdır.

2. Sadəlik və İstifadə Rahatlığı

Mobil Tətbiqin inkişafı zamanı önəm veriləcək məsələlərdən biri tətbiqin istifadəçi dostu, asan şəkildə idarə olunması və istifadəçi dostu olmasıdır. Bu məsələlər istifadəçilərin tətbiq ilə qarşılıqlı təsirini artırmaqda böyük əhəmiyyət daşıyır.

3. Müxtəlif Əməliyyat Sistemlərinə Uyğunluq

Müxtəlif Əməliyyat sistemləri istifadə edən istifadəçilər üçün auditoriyanızı müəyyənləşdirəndə hər bir platformaya uyğunlaşan bir tətbiq inkişaf etdirmək də zərurət halına gəlmişdir. Hazırda mobil tətbiqlər Android və İOS sistemləri üçün daha çox inkişaf etmişdir.

4. Uyğunluq

Mobil Tətbiqlərin inkişafı müxtəlif əmaliyyat sistemlərinə uyğunluqu ilə yanaşı müxtəlif ekran ölçülərində (telelon,panşet) işləməsidə vacib amillərdəndir.

5. Creativ Dizayn

Maraqlı və canlı dizayn elementləri ilə mobil tətbiqinizi çox daha maraqlı hala gətirilə bilər. Fərqli dizayn elementlərini bir araya gətirərək və rəng uyğunluqları ilə mobil tətbiqləri çox mükəmməl dizayn etmək mümkündür.

6. Bir hədəfə diqqət yetirin

Mobil tətbiqi hazırlayarkən ekranda eyni anda bir çox funksyanın olması qarışıqlığa səbəb olur. Bu səbəblə hər səhifədə tək hədəfə fokuslanaraq minimalist olmanız sizin üçün faydalı ola bilər.