Correct Technology

İşsizlik səviyyəsinin qeyri-qənaətbəxş bir səviyyədə olduğu və işçilərin işlərindən narazı qaldıqları bir dövrdəyik.İşsizliyə baxmayaraq,iş sahibi olmanın sevincindən daha çox mövcud iş yerindəki narazılıqlar daha populyardır.İş müraciətləri üçün bir çox platforma mövcuddur. Günümüzdə onlardan bəzilərini iş tapmaq ümidi ilə sosial media kimi aktiv istifadə edirik. Bu platformalardan biri də Linkedin-dir.Linkedinin tarixi 2002-ci ildən başlayır. 28 dekabrda bir iş şəbəkəsi qurmaq üçün linkedin nedir, linkedin sosyal sebekesiqurulan Linkedin, 2003-cü ilin mayında veb saytını rəsmi olaraq açdı.Sosial media saytından daha çox olan Linkedin, 2004-cü ildə 1 milyon üzvə çatdı. Hər yeni üzv daha çox məsuliyyət demək idi. Bunun fərqində olan Linkedin, 2005-ci ildən bəri məhsulun inkişafına əhəmiyyət verərək xidmət keyfiyyətini və müxtəlifliyini artırmağa çalışmışdır. 2006-cı ilə qədər üzvlərin sayı 10 milyonu keçdi. Təkcə 2010-cu ildə aldığı sərmayənin həcmi 2 milyard dollar dəyərində idi.Linkedin iş üçün müraciət etmək, təkliflərə açıq olduğunu göstərmək, sektorunuzdakı və ya sektordan kənarda olan insanlardan xəbər almaq və onlarla əlaqə quemaq üçün istifadə olunan bir platformadır. Linkedin şəbəkəsi sayəsində işlədiyiniz və ya yeni giriş etmək istədiyiniz sektorda bütün işçiləri və ya yenilikləri izləmək imkanınız var.Eyni zamanda CV-nizi dərc edə və səhifənizi ziyarət edənlərə profilimə baxanlar xüsusiyyəti ilə baxa bilərsiniz.Həmçinin profilinizin görüntü statistikasına da giriş imkanınız var.


Linkedin nə üçün önəmlidir?

Hər bir sosial media şəbəkəsinin öz xüsusiyyətləri var. Linkedin, işgüzar əlaqələrinizi gücləndirmək üçün istifadə olunur. Bu, iş dünyasındakı insanların bir-birləri ilə ünsiyyət qurmaq və məlumat mübadiləsi həyata keçirmək imkanı yaratmaq məqsədi daşıyır. İnsanlara yeni imkanlar tapmağa və bölüşməyə kömək edir və bu xüsusiyyəti ilə dünyanın ən böyük peşəkar şəbəkəsi hesab edilir.sosyal sebeke


Linkedin necə istifadə olunur?

Linkedinin hədəflərindən biri karyeranızı idarə etməkdir. Peşəkar profilinizi yaratdığınız zaman, iş təcrübənizi və maraqlarınızı daxil etdikdə başqalarının sizinlə əlaqə qurması daha asan olacaq. Linkedin hesabınızı sosial media hesabınız kimi istifadə edə bilərsiniz. Məsələn, “like”, “comment”, “follow” kimi özəlliklər ilə sektorunuzda baş verənlərdən xəbərdar olma imkanınız daha da artır.Həmçinin siz də paylaşımlar edə bilərsiniz. İş axtarışınızın aktiv şəkildə olduğunu, hansı sahələrdə işləmək istədiyinizi və ya hər hansısa yenilik və hadisə ilə bağlı fikirlərinizi paylaşa bilərsiniz. Hesabınızda məqalələr, şəkillər, video və ya fikirlər də bölüşə bilərsiniz. Bu paylaşımlar ana səhifəyə düşür və bağlantılarınız görünür. Linkedin-də qeydiyyatdan keçməyiniz üçün lazım olan ilk şey e-poçt ünvanınızdır. Www.linkedin.com-a daxil olduqdan sonra "Qeydiyyat" seçimindən istifadə edərək qeydiyyatdan keçə bilərsiniz. Növbəti addımarı izləyərək,profil yarada,CV-nizi tamamlaya və izləmək istədiyiniz insanları və ya platformaları izləyə bilərsiniz. Bu arada, girdiyiniz profildəki “Connect ” düyməsini seçdiyinizdə o şəxsi peşəkar şəbəkəyə əlavə edirsiniz.Qeyd etmək lazımdır ki,baxdığınız hər profilin  sahibinə bu barədə bir bildiriş gedəcəkdir. Beləliklə, deyəcəyimiz budur ki, Linkedin çox məxfiliyinə sahib deyil, hər kəs hər kəsin profilinə baxa bilər və bu bildirişlər insanlara çatdırıla bilər. Lazımsız hesab etdiyiniz və görmək istəmədiyiniz profillər üçün təbii ki, bloklama seçimi də var. İstəsəniz, ünsiyyət qurmaq istəmədiyiniz insanları blok edə bilərsiniz.


Linkedin ödənişlidir?

Linkedin ödənişli və ödənişsiz üzvlük kimi iki hissəyə ayrılır. Ödənişsiz hissədə bir çox tətbiqetmədən yararlana bilərsiniz. Müəyyən məhdudiyyətlər var lakin, çox sayda araşdırma etmək istəyirsinizsə, ödənişli hesaba keçmək lazımdır. Ödənişli hesabda müəyyən etdiyiniz profilə kimin baxdığını və digər hesabları daha çox görə bilərsiniz.Ödənişsiz üzvlükdə bu məsələ isə bağlı bəzi məhdudiyyətlər var. 


Effektiv Linkedin səhifəsi necə olur?

Linkedin, işgüzar əlaqələriniz üçün vacib bir qaynaqdır və bu mənbədən səmərəli istifadə etmək üçün bəzi məsləhətlərə ehtiyac vardır. Bunlardan bir neçəsi:

Professional profil şəklindən istifadə edin.Sizin haqqınızda ilk məlumat verən şey profil şəklinizdir.Oraya gündəlik həyatınızda, əyləncə məkanlarında, tətildə və s. çəkdiyiniz fotoların qoyulması peşəkar yanaşma sayılmır. Buna görə daha ciddi və sadə profil şəkilləri seçməyə çalışın. Kameraya baxan,yüngülcə gülümsəyən və uyğun geyimli şəkillərə üstünlük verilir.

Açar sözlərdən düzgün istifadə edin.Əvvəlcə hansı açar söz vasitəsilə görünmək istədiyinizi təyin edin. Bu açar sözlər peşənizi, hobbinizi, bacarıqlarınızı və sizi təsvir edən mətnə daxil edilməlidir. Düzgün açar söz seçmək hədəf auditoriyanıza çatmaq üçün ilk addımdır.

Linkedin qruplarına qoşulun. Fərdi olaraq bir nöqtəyə qədər irəliləyə və diqqəti cəlb edə bilərsiniz.Bununla birlikdə qruplara qoşulmaq profilinizi daha çox insan tərəfindən görüntüləməyə imkan verir. Bu qruplar özünüzü tanıtmağın ən yaxşı yollarından biridir.Qruplara üzv olmaqla effektiv ünsiyyət üçün gözəl bir yol açırsınız.

Mention(işarələmə,etiketləmə) xüsusiyyətini dəyərləndirin.Digər sosial media şəbəkələrində olduğu kimi, etiketləmə xüsusiyyəti Linkedin-də də mövcuddur. Bir paylaşım etdiyiniz zaman əlaqəli şəxsi və ya təşkilatı etiketləyin və hədəfinizi dolayı deyil,birbaşa göstərin. Bu xüsusiyyət ilə profiliniz daha çox diqqət cəlb edəcəkdir.

Fəal olun.Digər sosial media kanallarında olduğu kimi, Linkedin-in də aktiv üzvü olmaq vacibdir.Fəal olaraq, daim əlaqələr qura, qruplara qoşula və varlığınızı hiss etdirə bilərsiniz.Ayda və ya ildə bir dəfə girdiyiniz Linkedin hesabınızdan böyük gözləntiləriniz olmamalıdır.Fəal olmaq,daim gündəmə hakim olmaq profilinizin daha çox görülməsinə və geri bildirimlər almasına səbəb olacaqdır.Xülasə, canlı Linkedin hesabınızın olması vacibdir.

Və möhkəm bir xülasə.Əslində bütün bunlar sağlam bir xülasəniz olmadan təsirli olmayacaqdır. Əlaqələrinizdə özünüzü təsvir etdiyiniz bu hissə əsas mövzu olmalıdır. Bu hissədə özünüzü dəqiq, sadə və artıqlıq olmadan tanıtmalısınız. Sizin bu hissə sizin ikinci CV-dir. “Mən” ilə başlayan cümlələrdən istifadə etməməyiniz daha məsləhətlidir.Yazıda sadə olun, ancaq özünüzü təsvir etmək üçün iddialı ifadələrə laqeyd yanaşmayın.Hədəflərinizi, gözləntilərinizi və bu günə qədər etdiklərinizi sadə, lakin təsirli bir dil ilə ifadə edin və “less is more” ifadəsinə əsaslanın.

Ən Sonuncu Bloqlar

Mobil SEO nedir ve onun ustunlukleri nelerdir?

Mobil SEO nədir və onun üstünlükləri nələrdir?

Mobile SEO Tətbiqin qısa və geniş təsviri mətni nədir ? Mobile SEO saytların optimizasyası

Google Analytics 4 tezlikle Universal Analytics-i evez edecek!

Google Analytics 4 tezliklə Universal Analytics-i əvəz edəcək!

Google Analytics 4-də hansı yeniliklər var? Saytlar üçün google analyticsin nə yenilikləri var

SEO ucun Adaptiv yoxsa Responsiv dizayn?

SEO üçün Adaptiv yoxsa Responsiv dizayn?

Adaptiv dizayn nədir ? Responsiv dizayn nədir ? Google niyə responsiv dizaynı dəstəkləyir. Bəs ümumi götürdükdə hansı dizayn sizin üçün daha yaxşıdır ?

Reqemsal yoxsa Enenevi Marketinq?

Rəqəmsal yoxsa Ənənəvi Marketinq?

Rəqəmsal marketinq nədir ? Ənənəvi marketinqin üstünlükləri ,Ənənəvi Marketinqin Dezavantajları, Rəqəmsal marketinqin üstünlükləri

Conversational Marketinq nedir? Ustunlukleri nelerdir

Conversational Marketinq nədir? Üstünlükləri nələrdir

Conversational Marketinq hansı üstünlükləri təqdim edir?Conversational Marketinqdə chat botlarin rolu nədir?

İstifadeci terefinden yaradilan mezmun (UGC) nedir?

İstifadəçi tərəfindən yaradılan məzmun (UGC) nədir?

UGC nədir? UGC-in faydaları nələrdir? UGC nümunələri və UGC marketinq strategiyası nədir.

Portal nedir ?

Portal nədir ?

Portal Nədir? Portalın normal saytlardan fərqi? Korporativ portal nədir ?