Chatbot : İstifadəçilərə şirkətlərlə və sistemlərlə söhbət etməyə və avtomatik cavab almağa imkan verən rabitə əsaslı interfeysə sahib robot proqramdır.
Amerikalı bir konsaltinq şirkəti olan Partner tərəfindən aparılan bir sorğuya görə, 2020-ci ilə qədər şirkətlər və istehsalçılar arasındakı danışıqların 85%-ni Chatbot vasitəsilə həyata keçiriləcəyi məlum olub.Bu statistika Chatbotların bizim üçün nə qədər vacib olduğunu bir daha göstərir.
Chatbot`ların məqsədi nədir?
Chatbot`ların məqsədi: müştəri xidmətlərinin həm şirkətin inkişafının, həmdə robotla söhbətə başlayan şəxsi asanlaşdıracaq şəkildə optimallaşdırılmasıdır.
Hər hansı bir şirkətdə, müştərilər üçün bir neçə növ sual və ya ümümi problemlər vardır. Bu şübhələr və ya problemlər, məlumat istəkləri, giriş vaxtı, qeydiyyat dəyişiklikləri və s. müəyyən tezlikdə təkrarlanır. Chatbot müştərinin ən çox rast gəlinən problemlərini həll etmək və sürətli həllər təqdim etmək məqsədiylə proqramlaşdırıldığı üçün bu vəziyyətlərə mükəmməl bir şəkildə uyğundur.
Biznesiniz üçün Chatbotun önəmi və faydası
Markalaşma baxımından, Chatbot`ların, marka qazanan əsir pərəstişkarlarınıza çox xeyiri var. Məsələn, istifadəçi ilə daha xoş söhbətə təşviq edə bilərlər. Yaxşı inkişaf etdirildikdə, kompaniyalardakı viralizasiya potensialına əlavə olaraq, müştəri təcrübəsinə yeni bir nəfəs vermə potensialına sahibdirlər.
Marketoloqlar və agentlikler daha da irəli gedərək tezə reklam performansını artırmaq, marketinqə çatmaq və avtomatlaşdırmaq üçün chatbotlarını necə istifadə edə biləcəklərini araşdırmalıdırlar. Məsələn facebook, xəbər lentləri reklamlarının trafiği bir markanın chatbotuna yönəltməsinə imkan verərək yeni müştərilərə çatan hər cür yaradıcı tətbiqetmə üçün zəmin yaradır.Eyni zamanda chatbotunuzun kimliyini və reaksiyalarını inkişaf elətdirərkən müəyyən bir dərəcəyə qədər məmnunluq gözləmək və planlaşdırmaq da vacibdir.
Bunun ən yaxşı nümunəsini İngiltərədəki Pizza Express-də görə bilərik. Facebook Messenger istifade edərək çox yaradıcı bir tətbiqetmə yaratdı.
Pizza Express ilk olaraq Facebook-un Messenger tətbiqi vasitəsi ilə bir oyun bazara çıxarmışdır. Oyun məhşurluq qazandıqdan və 150.000 istiafdəciyə çatdıqdan sonra bu dəfə bir Chatbot tətbiqi əlavə edildi. Başlanğıcda, müştərilərinin Chatbot ilə danışaraq yeməklərində nə qədər kalori olduğunu və ya yerli restoranlar tərəfində təqdim olunan qlütensiz məhsul çeşidləri kimi suallara cavab verilməsini təmin edəcək oyun funksiyaları elavə edildi.
Nəticə etibarı ilə, Chatbot`ların qəbul olunması üçün ən çox istifadə olunan müştəri xidmətlərinin optimallaşdırılması olsa da marketing və markalaşma strategiyasında həyata keçirilməsi sizin işiniz üçün doğru bir addım olacaqdır.