Elmi-fantastik filmlərdə gördüyümüz ağıllı və intellektual robotlar hər gün reallığa daha da yaxınlaşır. Cümə günü (6 dekabr 2019) buraxılan SpaceX raketinin içində Beynəlxalq Kosmik Stansiyaya (İSS) gedəcək CIMON 2 süni intellektə sahib olan robot da daxil idi. Robot emosiyaları aşkar etmək və reaksiya vermək kimi bacarıqlara sahibdir.
CİMON nədir ?
Bu gün Beynəlxalq Kosmik Stansiyaya göndərilən avadanlıq növlərini nəzərə alaraq tərtib olunmuş və tələbata uyğun olaraq müəyyən edilən avadanlıq siyahısı mövcuddur. Bu siyahıda əsasən ehtiyat hissələri, qida və tibbi avadanlıqlar, qeyd və sınaq avadanlığı yer alır.Lakin bu siyahıda IBM-in Watson texnologiyası ilə inkişaf etdirdiyi və kosmik səyahət boyunca astronavtlara köməkçi olacaq CIMON kimi 5 kq ağırlığında və kürə şəklində olan bir robot bu günə qədər yer almamışdı.
CİMON-un xüsusiyyətləri
Minimum xətlər ilə yaradılan və animasiyalar vasitəsilə ifadələrini bildiriən bir üzə sahib süni intellekt robotu CIMON, 2018-ci ildə ilk dəfə Beynəlxalq Kosmik Stansiyasındakı SpaceX Falcon 9 raketinə göndərilmişdir. CIMON 5 kiloqram ağırlığında və 14 daxili sabitləyicisi sayəsində ağırlıqsız bir mühitdə hərəkət edə bilir. Hərəkət prosesi boyunca quraşdırılmış naviqasiya kameraları ətrafdakıların nə olduğunu və nə qədər uzaq olduqlarını müəyyənləşdirir.
Robotlar və astronavtlar arasında kosmik səyahət əməkdaşlığının ilk sınağı və cəhdi olan CIMON, işlədiyi komanda üzvlərini tanıyır və kamera və mikrofonundan istifadə edərək onlarla ünsiyyət qurur. CIMON, Astronavt komandalarına kosmosda elmi təcrübələr aparmaq, iş proseslərini fotoşəkillər, video və səs yazıları ilə sənədləşdirmək və astronavtların təlimatlarına əməl etmək üçün yaradılmışdır.
CİMON yalnız suallara cavab vermir, həm də verilən sualları daha dəqiq başa düşmək üçün alternativ suallar yaradır və əldə etdiyi cavablardan daha dəqiq cavablar verir. Dialoqu, video qeydlərini və səs məlumatlarını yazılı məlumatlara çevirmək imkanı ilə yanaşı, CİMON da xarakterik bir quruluşa malikdir. Bu, zarafat etmək, oyun oynamaq və müəyyən bir dialoqa uyğun olaraq emosional reaksiyalar verə bilir.
CİMON 2
Elon Muskın məşhur kosmik şirkəti olan SpaceX dünən NASA üçün çox vacib missiya həyata keçirib. Şirkət CRS-19 adlandırdığı bu missiyada Falcon 9 raketi Beynəlxalq Kosmik Stansiyada (ISS) astronavtlar üçün təxminən 2,6 ton ağırlığında olan təchizat avadanlıqlarından ibarət yükü orbitə daşımışdır. Missiyanın ən maraqlı cəhətlərindən biri, ISS-ə göndərilən yeni CIMON 2 köməkçi robot idi. (Crew Interactive Mobile Companion 2).
CIMON 2 robotu Alman Aerokosmik Mərkəzi (DLR) üçün IBM və Airbus-un təşkilatçılığı altında birlikdə hazırlanmışdır. Eyni robotun əvvəlki versiyası CIMON, 2018-ci ilin yayında ISS-ə göndərilmiş və kosmosdakı ilk missiyasında əhəmiyyətli bir müvəffəqiyyət qazanmışdı. Alman kosmik agentliyi bu robotun süni intellekt imkanlarını inkişaf etdirdi və funksionallığını artıraraq yenidən Beynəlxalq Kosmik Stansiyaya göndərdi.
CİMON 2 xüsusiyyətləri
CIMON 2-nin yeni süni intellekt xüsusiyyətləri arasında ən diqqət çəkəni "Watson Tone Analizatoru "dur. IBM-in açıqlamalarına görə, CIMON 2 səs tonları təhlil edə və astronavtların emosional,zehni vəziyyətlərini başa düşə və buna uyğun reaksiya verə bilir. Bu mövzuda danışarkən, IBM nümayəndələri" bu yeni yenilənmə ilə CİMON elmi köməkçidən empatik danışıq tərəfdaşına çevrildi" sözlərini qeyd edib.
Mikrofonlar və kameraların köməyi ilə CIMON Avropa astronavtlarını tanıya və onların əmrlərinə reaksiya göstərə bilər. Bundan əlavə, robot üzünün də yer aldığı böyük ekranda tapşırıqlarla əlaqəli təlimatları və test prosedurlarını göstərə bilər. Beləliklə, astronavtlar hər iki əldən sərbəst istifadə edə və CIMON-a toxunmadan işlərini davam etdirə bilərlər.
CİMON layihəsiylə bağlı keçən il açıqlama verən İBM mühəndisi Matthias Biniok "Bu layihədəki ən böyük məqsədimiz astronavtlara gündəlik işlərini görməyə kömək etmək və vaxtlarına qənaət etməkdir. Zaman İSS-də ən dəyərli və bahalı amildir” sözlərini qeyd etmişdi.
CİMON-da istifadə edilən Watson AI xidmətindən danışarkən, Binyok, “Watson AI xidmətindən istifadə edərək bir insanı təqlid etməyə çalışırıq.CİMON-un ağzı var və hisslərini ifadə edə bilər. CİMON Watson AI-dən istifadə edərək,astronavtın nə dediyini anlaya bilir və buna müvafiq olaraq cavab verə bilir. Airbus-un IBM ilə əməkdaşlıq etməsinin səbəbi, Watsonun qarşılıqlı olaraq dərin söhbətlər edə bilməsi idi " sözlərini qeyd etmişdir.
Yaradılmasına cizgi filmi ilham vermişdir
Mühəndislər CİMON-u yaradarkən,1940-cı illərdə Yaponların elmi-fantastik cizgi filmi olan “Gələcəyin Kapitanı” macəralarında köməkçi rolunda yer alan beyin formasında olan və hisslərə sahib robot Professor Simondan ilham aldıqlarını bildiriblər.CİMON 2 həmçinin Stenli Kubrikin "2001: A Space Odyssey " (2001: Kosmik macəra) filmində emosional kompyuter HAL ilə də oxşarlıqlara sahibdir.
CIMON 2-nin Beynəlxalq Kosmik Stansiyada 3 il qalacağı gözlənilir.